TDT çərçivəsində yeni platformalar yaradılacaq – Ceyhun Bayramov
“Türk Dövlətləri Təşkilatı çərçivəsində yeni platformalarının yaradılması gözlənilir”.
ARANTV.AZ xəbər verir ki, bunu bu gün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən brifinqdə xarici işlər naziri Ceyhun Bayramov bildirib.
C. Bayramov deyib ki, keçən il ölkələr arasında ticarət dövriyyəsi 12 faiz artıb:
“Azərbaycan Türkiyəyə 19.3 milyard, Türkiyə Azərbaycana ümumilikdə 13,2 milyard dollar sərmayə yatırıb. Avrasiyanın enerji xəritəsində böyük dəyişikliklər Azərbaycan və Türkiyənin iştirakı ilə baş verib. Bu istiqamətdə hələ də potensiallar mövcuddur. Turizm və digər istiqamətlərdə də böyük potensiallar var” – o qeyd edib.

