Azərbaycanlı qardaşlarımızın Ukraynadan təxliyəsi üçün əlimizdən gələni edirik – Çavuşoğlu
“Bizim üçün əsas məsələ vətəndaşlarımızın sağ-salamat Ukraynadan çıxarılmasıdır. Bunun üçün bəzi bölgələrdə atəşkəs elan olunub”.
ARANTV.AZ xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
“Azərbaycanlı qardaşlarımızın da təxliyəsi ilə bağlı əlimizdən gələni edirik”, – XİN başçısı vurğulayıb.

