Qadınlar günü məqsədilə fləşmob keçirmək qadağan edildi
Bakıda 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı fləşmob keçirilməsi qadağan edilib.
ARAANTV.Z xəbər verir ki, bu haqda DİN-in Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev açıqlama verib. O bildirib ki, pandemiya ilə bağlı məhdudiyyətlər qüvvədədir:
“Paytaxt ərazisində hansısa məzmunda, sayda fləşmobun təşkilinə və keçirilməsinə icazə verilmir. Xüsusi karantin rejim çərçivəsində kütləvi tədbirlərlə bağlı tətbiq edilən məhdudiyyətlər qüvvədədir”.
Qeyd edək ki, martın 6-da Ağ Şəhər ərazisində bu mövzuda keçirilməsi planlaşdırılan 1200 nəfərlik fləşmob da artıq ləğv edilib.

