Ağdaşda heyvandarlıq məhsulları istehsalı artıb
Ağdaş rayonunda 2022-ci ilin ilk iki ayında heyvandarlıq məhsulları istehsalı bütün göstəricilər üzrə artıb.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, iki ayda diri çəkidə 12007,9 ton ət istehsal olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31,4 ton çoxdur. Yanvar-fevral aylarında süd istehsalı da 1453,2 ton artıb və 60772 tona, yumurta istehsalı isə 101 min ədəd çoxalaraq 25 milyon 182 min ədədə çatıb.

