Cəmiyyət 

İstefa verən Ramiz Mehdiyevin adı AMEA-nın rəsmi saytından silindi – FOTO

Bir müddət əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin istefa ərizəsi qəbul edilib.

ARANTV.AZ-ın məlumatına görə, artıq AMEA-nın rəsmi saytında R.Mehdiyevlə bağlı məlumatlara rast gəlinmir.

Onun adı AMEA prezidenti siyahısından çıxarılıb və tərcümeyi-halı silinib.

Qeyd edək ki, R.Mehdiyevin göstərişi ilə AMEA Mətbuat Xidməti tərəfindən deputatlar, alimlər barədə hazırlanan təhqiredici yazı fevralın 10-da qurumun saytında yerləşdirilib.

Təbii ki, R.Mehdiyevin göstərişi ilə hazırlanan yazı adları çəkilən şəxslər tərəfindən ciddi narazılığa səbəb olub. Yazıda deputat – Fəzail Ağamalı, Etibar Əliyev, Musa Qasımlı, akademik Vaqif Abbasov və digər şəxslərin adı hallanıb. Daha sonra yazı AMEA-nın rəsmi saytından silinib.

Xatırladaq ki, fevralın 19-da AMEA-nın ümumi yığıncağında onun istefa ərizəsi qəbul edilib.
AMEA-nı tərk edən Ramiz Mehdiyev isə jurnalistlərin suallarını cavablandırmayıb və xidməti avtomobilə minərək oradan uzaqlaşıb.

Daha çox xəbərlər