Bahar nəfəsli, çiçək qoxulu bayram
Lerik Rayon İcra Hakimiyyətində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olan tədbirdə İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev bayram münasibətilə qadınları əvvəlcə təbrik etdi. Çıxışı zamanı bildirdi ki, Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, ağlı və iradəsi ilə xalqın milli-mənəvi dəyərlərin qorunub gənc nəslə çatdırmasında müstəsna xidmətlər göstərmişdir. Tariximizin, mədəniyyətimizin bir çox parlaq səhifələri Azərbaycan qadınının adı ilə bağlıdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin diqqət və qayğısı sayəsində qadınların ölkənin ictimai-siyasi həyatına inteqrasiyası üçün əlverişli şərait yaradılıb. Azərbaycan qadını respublikamızın ictimai-siyasi həyatında böyük rol oynayır. Dövlətimizin başçısı cənab İlham Əliyev Azərbaycanın inkişafına qadınların töhfəsini, onların ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı roluna yüksək qiymət verir, təhsil, səhiyyə, mədəniyyət sahələrində, idarəetmə orqanlarında qadınlar hər zaman yüksək vəzifələrə irəli çəkilirlər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmiz üçün müxtəlif sahələrdə gördüyü işlər, o cümlədən təhsil və səhiyyənin inkişafına, milli mədəni irsin qorunmasına yönələn fəaliyyəti hər bir vətəndaşda böyük məmnunluq hissi doğurur. Rayonumuzda müxtəlif təşkilatlarda, dövlət orqanlarında, yerli özünüidarəetmə orqanlarında qadınlar uğurla fəaliyyət göstərirlər. Onlardan bir qrupunun fəxri adlara, dövlət təltiflərinə layiq görülməsi ölkə rəhbərliyinin rayonumuzun bütün qadınlarının əməyinə verdiyi qiymətdir.
Tədbirdə Əməkdar həkim Sadiqə Rufullayeva, şəhid anası Sevinc Babayeva, təhsil işçisi Mehriban Muradova da söz alıb danışdılar. Onlar Azərbaycan qadınlarının ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərin fəal iştirakçısı olaraq ölkəmizin inkişafının təmin edilməsinə öz töhfələrini verdiklərini, mədəniyyətin, incəsənətin, elmin müxtəlif sahələrində, dövlət quruculuğu prosesində böyük nailiyyətlər qazandığını , rayonun ictimai-siyasi və mədəni həyatında qadınların uğurla fəaliyyət göstərdiklərini, onlardan fəxri adlara, dövlət təltiflərinə layiq görülənlərin olduğunu dedilər, qadınlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və rayon rəhbərliyinə minnətdarlıq etdilər.
Daha sonra rayonun ictimai-siyasi həyatında fərqlənən qadınların bir qrupuna hədiyyələr təqdim edildi.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü






