Region Xəbərləri 

Bərdədə şagirdlər narkomaniya, erkən nikah və dini radikalizmlə bağlı maarifləndiriliblər

Bərdə Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Qaradəmirçi kənd tam orta məktəbində şagirdlərlə “Narkomaniya ümumbəşəri bəladır”, “Erkən nikah və onun fəsadları” və “Dini radikalizmə qarşı mübarizə” mövzularında növbəti maarifləndirmə tədbiri keçirilib.

ARANTV.AZ  xəbər verir ki, rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Muradəli Babayev məktəbdə dərs prosesində iştirak edib, şagirdlərlə müxtəlif mövzular ətrafında diskussiyalar aparıb. Diskussiyalarda şagirdlər fəallıq göstərib, suallara səlis cavablar veriblər.

Daha sonra tədbir məktəbin akt zalında davam etdirilib. Rəis çıxışında dövrümüzün bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün törətdiyi təhlükələrdən, eləcə də narkotik vasitələrdən asılılığın dəhşətlərindən bəhs edib. Həmçinin erkən nikahın fəsadlarından və dini radikalizmin doğurduğu qlobal problemlərdən də söz açılıb.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Daha çox xəbərlər