Cəmiyyət 

Qəhrəmanlar unudulmur

Lənkəran Dövlət Universitetində  “Zəfər” Şəhid ailələrinə dəstək İB-nin təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə  gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi istiqamətində təşkil olunan “Qəhrəmanlar unudulmur” adlı tədbirə  universitet rəhbərliyi, tələbələr, ziyalılar, şəhid ailələrinin üzvləri və Qarabağ qaziləri  qatılmışdı.

Azərbaycanın müstəqilliyi və 30 il düşmən tapdağında olan  Vətən torpaqlarının  azadlığı uğrunda  canından keçən qəhrəman oğlanlarının xatirəsinin 1 dəqiqəlik sükutla anılması  ilə başlanan tədbiri Lənkəran Dövlət  Universitetinin sosial məsələlər üzrə prorektoru, şəhid atası, dosent Kamran Kazımov  açıb. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan gənclərinin qazandığı böyük döyüş uğurlardan, ölkədə yaşanan yüksək vətənpərvərlik ab-havasından, Vətən müharibəsində gənclərin göstərdiyi fədakarlıqdan danışdı, Vətən şəhidlərin xatirəsinin daima xalqın yaddaşında əbədi yaşayacağını dedi.
Sonra söz tədbirin moderatoru- “Zəfər” Şəhid Ailələrinə Dəstək İB-nin sədri, aprel döyüşlərində  şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadəyə verildi: “Ölkədə Vətən uğrunda qurban gedən oğulların tanıdılması istiqamətində təşkilat çox əhəmiyyətli  işlər  görür.    Şəhid ailələrinin üzvlərinə dövlət dəstəyi və xalqın göstərdiyi ehtiram yüksəkdir. Respublikamızda  44 günlük Vətən savaşında xalqımızın qazandığı böyük Zəfər gənclərin vətənpərvərlik ruhuna böyük stimul  veribdir”,-dedi.
MDTF-nin icraçı direktoru Mehman İsmayılov, qazi Elçin Tağıyev, tələbələrdən Rəsul Rzayev, Tünzalə Hüseynzadə, Müjgan Babazadə isə  çıxışlarında  ölkədə, eləcə  LDU-da bu istiqamətdə aparılan işlərdən, qarşıda duran vəzifələrdən danışdılar.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha çox xəbərlər