Məhəmməd Əmin Rəsulzadənin məzarı ziyarət edilib
Martın 6-da Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümüdür. M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Ankarada 71 yaşında dünyasını dəyişib və Türkiyə paytaxtında dəfn olunub.
Anım günü ilə əlaqədar Azərbaycanın Türkiyədəki səfirliyinin kollektivi Ankarada siyasi xadimin məzarını ziyarət edib.
Görkəmli tarixi şəxsiyyətin məzarı üstünə əklil qoyulub, ruhuna dualar oxunub.
AZƏRTAC

