Region Xəbərləri 

Bərdə-Ağdam yolunun asfalt örtüyünün vurulması işlərinə başlanılıb – FOTO

Bu gün Bərdə-Ağdam yolunun asfalt örtüyünün vurulması işlərinə başlanılıb.

ARANTV.AZ bildirir ki, bunu özünün “Twitter” səhifəsində Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov yazıb.

“Bu gün uzunluğu 45 km, eni 26.5 metr olan 4 hərəkət zolaqlı olmaqla 1-ci texniki dərəcəyə uyğun olaraq inşa edilən Bərdə-Ağdam yolunun asfalt örtüyünün vurulması işlərinə başlanılmışdır”, – deyə E.Hüseynov bildirib.

 

Məqaləyə dair fotomateriallar:

Daha çox xəbərlər