Neftçalada 36 yaşlı qadın intihar edib

Neftçalada 36 yaşlı qadın intihar edib

Neftçala rayonunda intihar hadisəsi baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Aşağı Qaramanlı kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1986-cı il təvəllüdlü A.Əliyeva özünü yaşadığı evdə asaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.