Hadisə 

Bakıda avtomobil qəza zamanı işıqfora çırpılıb – FOTO

Bakının Nərimanov rayonunda yol qəzası baş verib.

ARANTV.AZ xəbər verir ki, Atatürk prospektində iki avtomobil toqquşub.

İşıqforla tənzimlənən dördyol ayırıcında iki “Toyota” markalı avtomobil toqquşub.

Nəqliyyat vasitələrindən biri idarəetmədən çıxaraq işıqfora çırpılıb.

Zərbənin gücündən işıqfor aşıb.

Qəza nəticəsində işıqfora çırpılan avtomobildə bir sərnişin xəsarət alıb.

Faktla bağlı əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

 

Daha çox xəbərlər