Dünya 

Ukrayna-Rusiya danışıqlarının üçüncü raundu bu gün keçiriləcək

Bu gün Ukrayna ilə Rusiya arasında danışıqların üçüncü raundu keçiriləcək.

Mövzu ilə bağlı danışan Ukrayna nümayəndə heyətinin üzvü, Ali Radada “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamia Krım, həmçinin LXR və DXR-in müstəqilliyinin tanınması ilə bağlı razılaşmanın danışıqlarda praktiki olaraq mümkün olmayan yeganə məsələ adlandırıb.

“Rusiya onların müstəqilliyini tanımağımıza təkid edir, ancaq onlar Ukraynanın bir hissəsidir, təbii ki, bu mövqe Ukrayna ictimaiyyəti üçün qəbuledilməzdir”, – deyə D.Araxamiya bildirib.

Mənbə: Fox News

Daha çox xəbərlər