Azərbaycan qadını bütün dövrlərdə dövlətə öz sədaqəti və fədakarlığı ilə seçilmişdir.
Kimdir qadın? Qadın Uca Tanrının bəşəriyyətə hədiyyəsidir desək yanılmarıq. Müəllimdir, ictimai-siyasi xadim, həkim, musiqiçi və ən başlıcası Anadır qadın…Bu şərəfli adın daşıyıcısı və Allahın yer üzünə göndərdiyi bəndəsinin qoruyucu mələyidir…Məhəmməd Peyğəmbərin hədislərinin birində deyildiyi kimi “Cənnət anaların ayaqları altındadır”
Müqəddəs kitabımız olan Qurani Kərimdə də qadına böyük hörmətlə yanaşılmış onun vəzifələrindən ,hüququndan danışılmışdır.
Azərbaycan qadını tarix boyu öz zərifliyi, mədəniyyəti, ictimai mövqeyi, cəmiyyətdə tutduğu yeri ilə fərqlənib. Hələ Ağqoyunlular dövründə Azərbaycanın ilk diplomat qadını Sara xatunun dövlətlərarası apardığı böyük siyasət dövlətçilik tariximizdə böyük əhəmiyyət kəsb etmişdir. Bu gün həmin uğurlu siyasəti Azərbaycanın Birinci vitse- prezidenti Mehriban Xanim Əliyeva davam etdirir. Onun rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir;
Gənc nəslin yetişməsində zərif məxluqun gücü həmişə özünü aydın büruzə verib.44 günlük Vətən müharibəsində mərd oğullarımızın döyüş ruhunun ,ana ,Vətən sevgisinin yüksək olması məhz müəllimlərinin aşıladığı vətənpərvərlik missiyasindan irəli gəlir. Öz balalarını böyük əzmlə ,vüqar hissilə döyüşə göndərən Azərbaycan qadını öz qüdrətini bir daha sübut etdi.
İstər Ulu öndər H.Əliyev ,istərsə də prezidentimiz İlham Əliyev öz siyasətlərində qadına böyük önəm vermiş ,onları həmişə ön sırada görməyi istəmişlər. Azərbaycan qadını bü gün də sabah da Azərbaycanın dirçəlişində öz sözünü əməlləri ilə deyəcək!
Əhmədova Nuridə
YAP Laçın rayon Təşkilatının 41 saylı ƏPT sədri

