Region Xəbərləri 

Azərbaycan qadını

Xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında böyük rolu olan Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Dövlət müstəqilliyimizin bərpasından sonra milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş Azərbaycan qadını ölkəmizin sosial-iqtisadi və mədəni inkişafının fəal iştirakçısı olmuşdur. Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirmişdir.
Müasir Azərbaycan qadını – əzmkar ana, gözəl həyat yoldaşı olmaqla yanaşı həm də müasir elmi biliklərə yiyələnmiş bacarıqlı və aktiv cəmiyyət üzvüdür. Ölkəmizin birinci xanımı Mehriban xanım Əliyeva bunun bariz nümunəsidir və hər bir Azərbaycanlı qadın üçün örnəkdir. Ölkəmizdəki sabitlik və demokratik mühit Azərbaycan qadınının istedadını, yaradıcılıq imkanlarını tam gerçəkləşdirə bilməsi üçün bütün lazımi şəraiti təmin edir.
Əziz xanımlar, hər birinizi İmişli Rayon İcra Hakimiyyətinin kollektivi adından təbrik edir, doğma Azərbaycanımızın çiçəklənməsi və xoş gələcəyi naminə gördüyünüz işlərdə sizə uğurlar arzulayırıq.
Tahirə Rüstəmli, İmişli RİHB Aparatı Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri

Daha çox xəbərlər