Region Xəbərləri 

Qadın və cəmiyyət

Masallı Tarix-Diyarşünaslıq Muzeyində 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.  Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı sayəsində baş tutan bayram tədbirində şəhid anaları, rayonun ziyalı qadınları, “Asan xidmət” nümayəndələri, yeniyetmə rəssamlar və təşkilatçı müəssisələrin əməkdaşları iştirak ediblər.

Tədbir Azərbaycanın  ərazi bütövlüyü və suverenliyi uğrunda  şəhidlik zirvəsinə ucalan  Vətən övladların əziz xatirəsinin yad edilməsi ilə başlayıb.

Muzeyin direktoru,  Əməkdar Mədəniyyət işçısı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əntiqə Tağıyeva ilk öncə tədbirdə iştirak edən şəhid anaları timsalında bütün Azərbaycan qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi: “Ana şəfqəti ilə Vətən üçün sağlam ruhda uşaq tərbiyə edib, övlad böyüdən qadınlarımız ikiqat diqqətə layiqdirlər. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin əsas istiqamətlərdən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin yüksəlməsi, onlara hər cür qayğı göstərməsidir.”

İki qəhrəman şəhidin anası Ziba Əsgərli bütün şəhid anaları adından onlara göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirdi və qeyd etdi ki, bu gün biz şəhid anaları tərbiyə verdiyimiz övladlarla  fəxr edirik, qürur hissi duyuruq.  Onlar  Vətən yolunda ən uça zirvəyə yüksələrək biz analarının, yaxınlarının başını uca tutdular.

Həsənli körpələr evi və uşaq bağçasının müdiri Nazilə Hüseynova, ziyalı qadın Məhbubə Şahbazova, Muzeyin əməkdaşı Sevinc Əliyeva və digərləri vurğulayıblar ki, bütün şəhid anaları, xanımları bizim üçün dəyərli və əzizdirlər. Qadın bəşəriyyətə ana və ilk tərbiyəçi olmaqla, onun  cəmiyyətdə,  ailədə xüsusi rola vardır.

Tədbirdə iştirak edən  xanımlar təşkilatçılar tərəfindən hədiyyələrlə, yeniyetmə rəssamlar isə Təşəkkürnamə ilə təltif  ediliblər.

Qalereyada məktəblilərin əl işlərdən ibarət 8 mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş rəsm sərgisi də  ilə tədbir iştirakçılarda maraq yaradıb.

 Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha çox xəbərlər