Region Xəbərləri 

Qaxın təsərrüfatlarında yaz-tarla işlərinə başlanılıb

Qax rayonunun şəxsi və fermer təsərrüfatlarında yaz-tarla işlərinə başlanılıb. Qısa müddətdə 254 hektar sahədə yazlıq bitkilər əkilib və əkin-səpin işləri davam etdirilir.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, məhsul istehsalçıları indiyədək 72,5 hektar sahədə kartof, 30 hektarda tərəvəz, 22,5 hektarda vələmir əkib, 129 hektar sahəyə çoxillik yonca səpiblər.

Təsərrüfatlarda, eyni zamanda, tütün əkininə hazırlıq işləri də davam etdirilir, şitil yetişdirmək üçün istixanalar hazırlanır. İstixana şəraitində yetişdirilmiş tütün şitilləri apreldə sahələrə köçürüləcək.

Daha çox xəbərlər