Region Xəbərləri 

Balakən rayonunda əhalinin sayı açıqlanıb

Ötən il Balakən rayonunun əhalisi 319 nəfər artaraq, 2021-ci il yanvarın 1-i vəziyyətinə 99 min 962 nəfərə çatıb. Onlardan 15 min 106 nəfəri şəhər, 84 min 856 nəfəri isə kənd əhalisidir. Əhalinin 49 min 576 nəfərini kişilər, 50 min 386 nəfərini isə qadınlar təşkil edir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən rayon Statistika İdarəsindən məlumat verilib.

İdarədən bildirilib ki, 2021-ci ildə rayonda 1132 uşaq dünyaya gəlib. Onların 147 nəfəri şəhər, 985 nəfəri isə kənd əhalisinin payına düşür. Müddət ərzində rayonda 842 ölüm halı qeydə alınıb. Əhalinin təbii artımı 290 nəfər olub.

Daha çox xəbərlər