FHN əməliyyat görüntülərini yaydı: Biri azyaşlı olmaqla yeddi nəfər xilas edildi – VİDEO
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 108 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirlikdən verilən məlumata görə, görülmüş tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 7 nəfər xilas edilib.
Əməliyyat görüntülərini təqdim edirik:

