Türkiyə DİN: “Ukraynadan təxliyə edilən 1 711 Azərbaycan vətəndaşı ölkəyə daxil olub”
Ukraynadan təxliyə edilən 1711 Azərbaycan vətəndaşı Türkiyəyə daxil olub.
APA xəbər verir ki, bunu Türkiyə Daxili İşlər Nazirliyinin (DİN) sözçüsü İsmayıl Çataklı deyib.
O bildirib ki, Ukraynadan gələnlər arasında 447 Türkmənistan və 62 Gürcüstan vətəndaşı da var.
“Miqrasiya İdarəmiz fasiləsiz olaraq fəaliyyətini davam etdirir”, – Türkiyə DİN rəsmisi vurğulayıb.

