Çində koronavirusa son iki ildə ən yüksək yoluxma qeydə alındı
Çində ötən gecə koronavirusa son iki ilin ən çox yoluxma halı qeydə alınıb.
Belə ki, bir gün ərzində ölkədə koronavirusa 769 yoluxma halı qeydə alınıb ki, bu da 2020-ci ilin fevralından bəri maksimum göstəricidir.
Xəstələr arasında 243 nəfər xaricdən gəlib. Onların 327-si öskürək, qızdırma və halsızlıqdan əziyyət çəkir, 442-si asemptomatik daşıyıcıdır.
Mənbə: TASS

