8 Mart Beynəlxalq Qadınlar Günü ölkəmizdə rəsmi bayram günü kimi qeyd olunur.
Hər il cənab prezident bayram ərəfəsində Qadınlar Günü münasibəti ilə Azərbaycan qadinlarina təbrik ünvanlayır. Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verir, orden və medallarla təltif edir. Azərbaycan qadını bütün dövrlərdə öz sədaqəti və fədakarlığı ilə seçilmişdir. Dövlət müstəqilliyimiz bərpa olunduqdan sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizim sosial- iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli tövhələr vermişdir. Azərbaycan qadınları şərqin və türk müsəlman dünyasının ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib- seçilmək hüququ qazanaraq ölkəmizin ictimai- siyasi həyatında yaxından iştirak etmişdir.
Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırır, onların hər tərəfli fəaliyyətinə geniş meydan verir və lider qadınlar yetişdirdi.
Azərbaycan respublikasının birinci vitse prezidenti, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyeva hər tərəfli fəaliyyəti ilə həm də, beynəlxalq aləmdə Azərbaycan qadınlarının nüfuzu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hər tərəfli parlaq siyasəti, xeyixahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkəmizin Birinci vitse prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük lahiyələrin uğurla icra olunması Azərbaycan qadının mərhəmət və xeyirxahlığının , zəngin mənəvi intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.
Azərbaycan respublikasının prezidentinin 1998 ci il 14 yanvar tarixli fərmanı ilə Azərbaycan respublikasının “Qadın Problemləri üzrə Dövlət Komissiyası” yaradılmışdır. 1998 ci il sentyabrın 25 də keçirilmiş Azərbaycan Qadınlarının ilk qurultayı dövlət qadın siyasətinin tarixində mühüm hadisə idi və bu ənənə 1998 ci ildən hər beş ildən bir davam edir.
Azərbaycan sosial dövlətdir və aparılan islahatlar, atılan bütün addımlar, minumum əməkhaqqıların və minimum pensiyaların qaldırılması, Gənclər siyasəti, gənclərin fəal işlərə cəlb olunması ölkə siyasətinin əsasını təşkil edir. Gənclərin vətənpərvərlik ruhunda böyüməsi ki, Müzəffər ali baş komandan İlham Əliyevində dediyi kimi 2 ci Qarabağ savaşında məhz onun prezidentlik dövründə böyüyüb tərbiyə alan gənclər ön cəbhədə düşmənə “Dəmir yumruğu” göstərdi.
1920 ci il fevral ayında ölkəmizin daxilində xarici qüvvələr tərəfində yaradılmış beşinci kolon bir müddətdən sonra ölkəmizim məhvinə səbəb oldu və bu tariximizdən dərs çıxarmalıyıq.Ölkə xaricində anti- Azərbaycan qüvvələr yeni beşinci kolon yaradılması istiqamətində iş aparır. Bu yol xəyanət yoludur və ikinci dəfə imkan vermek olmaz ki xəyanətkar qüvvələr bizim dövlətçiliyimizə ziyan vursun. Cənab ali baş komandanın yüksək diplomatik bacarığı və güclü ordumuzun cəbhədə göstərdiyi sücaəti sayəsində Azərbaycan öz bütövlüyünə, Qarabağımıza qovuşduq və əmin amanlıq içində yaşayırıq. Cənab İlham Əliyevin düzgün xarici siyasəti nəticəsində ölkəmizin nüfuzu günü- gündən yaxın qonşularımız və dünya dövlətləri içərisində artır. Azərbaycan həmişə öz barışcıl, sülhpərvər mövqeyi ilə seçilir və bu mövqeyində bütün dünyaya örnəkdir. Müzəffər ali baş komandanımız İlham Əliyevə bu çətin yolda uğurlar arzu edirik .
Başda Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva olmaqla bütün Azərbaycan qadınınlarını təbrik edir, can sağlığı arzu edirik.
Rzaquliyeva Ruhiyyə Rza qızı
YAP Laçın rayon Təşkilatının 42 sayli ƏPT sədri.

