Dünya 

Argentinada qatar relsdən çıxıb, çox sayda xəsarət alan var

Argentinanın Olavarriya şəhəri yaxınlığında (Buenos-Ayres əyaləti) qatar relsdən çıxıb.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə şəhərin meri Ezekyel Qalli özünün “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, hadisə nəticəsində 20-dən çox insan xəsarət alıb. “Hazırkı dövr üçün xəstəxanada 21 nəfərə tibbi yardım göstərilib”, – deyə mer bildirib.

E.Qalli qeyd edib ki, xəsarət alanlardan 5-i uşaqdır və onlar artıq evə buraxılıb.

Bildirilir ki, qatar Buenos-Ayresdən Bahia-Blanka şəhərinə gedirmiş.

Daha çox xəbərlər