Region Xəbərləri 

Balakəndə indiyədək 630 hektar sahədə yazlıq bitkilər əkilib

Balakən rayonunun təsərrüfatlarında yazlıq bitkilərin əkininə başlanılıb. Qısa müddətdə 630 hektar sahədə yazlıq əkin aparılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 hektar çoxdur.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, məhsul istehsalçıları indiyədək 252 hektar sahədə kartof və 222 hektarda tərəvəz bitkiləri əkib, 156 hektar sahəyə çoxillik yonca səpiblər.

Təsərrüfatlarda, eyni zamanda, tütün əkini üçün şitillərin yetişdirilməsi və taxıl əkinlərinə aqrotexniki xidmət işləri də davam etdirilir.

Xatırladaq ki, ötən il balakənli torpaq mülkiyyətçiləri 11 min 947 hektar sahədə yazlıq bitkilər əkiblər. Yazlıq əkinlərin 7 min 577 hektarını dən üçün qarğıdalı sahələri təşkil edib.

Daha çox xəbərlər