Region Xəbərləri 

Neftçalada yaz tarla əkinlərinin sahəsi 9 faiz artıb

Neftçala rayonunda yazlıq əkin işləri geniş vüsət alıb. Ötən illə müqayisədə əkin sahələrinin ərazisi 9 faiz artıb.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, indiyədək rayon üzrə 1737,8 hektar sahədə yazlıq bitkilər əkilib və 2021-ci illə müqayisədə yazlıq əkinlər 144 hektar və ya 9 faiz çox olub. Sahələrin 1603 hektarı yonca (payızlıq və yazlıq), 102,3 hektarı kartof, 32,5 hektarı tərəvəz əkinlərinin payına düşüb. Bununla yanaşı, hazırda rayon üzrə təsərrüfatlarda yaz-tarla işləri davam etdirilir.

Daha çox xəbərlər