Zərdabda yazlıq bitkilərin əkini davam edir
Zərdab rayonunda yazlıq bitkilərin əkini davam edir. Torpaq mülkiyyətçiləri ənənəvi təsərrüfat sahələrində bu mühüm kampaniyanın vaxtında və keyfiyyətlə başa çatdırılması üçün ciddi səy göstərirlər.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, artıq 919 hektar sahədə yazlıq bitkilər əkilib. Belə ki, 167,2 hektar sahədə kartof, 122,8 hektarda tərəvəz məhsulları, habelə 629 hektarda təzə yonca əkini aparılıb.
Qeyd edək ki, əksər ərazilərdə, xüsusilə Otmanoba, Çallı, Bıçaqçı, Məlikumudlu və bir sıra digər icra nümayəndəlikləri üzrə yazlıq əkində işlər daha sürətlə görülür.

