Erhan Akdoğan: “Türkiyə koronavirus əleyhinə vaksin istehsal edən 9 ölkədən biridir”
Türkiyə dünyada koronavirusa əleyhinə vaksin istehsal edə bilən 9 ölkədən biridir.
ARANTV.AZ xəbər verir ki, bu barədə Türkiyə Sağlıq İnstitutları qurumun rəhbəri Erhan Akdoğan bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, bir çox sahələrdə qardaş ölkə Azərbaycanla iş birliyində olduğumuz kimi bu sahədə də birlikdə çalışmağımıza şadıq:
“Bu iki ölkə arasındakı münasibətlərin bariz nümunəsidir. Bununla qürur duyuruq”.

