Cəmiyyət 

İnzibati ərazi vahidlərinin siyahısı BMT-yə təqdim edilib

Azərbaycan Respublikasının inzibati ərazi vahidlərinin təsdiq edilmiş siyahısına dair hökumət hesabatı hazırlanaraq BMT-nin Coğrafi Adlar üzrə Ekspertlər Qrupuna təqdim edilib və qurumun rəsmi sənədi kimi yayılması təmin edilib.

ARANTV.AZ  xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında öz əksini tapıb.

“Azərbaycan ərazilərinə göstərilən siyahıda əks olunmuş coğrafi adlardan fərqli şəkildə istinadların yolverilməzliyi bərəsində xarici dövlət və beynəlxalq təşkilatlara müvafiq müraciətlər edilib, nota və məktublar ünvanlanıb”, – hesabatda qeyd olunub.

Daha çox xəbərlər