Şuşa Modul Tipli Xəstəxanada ötən il ərzində görülən işlər məlum olub

Şuşa Modul Tipli Xəstəxanada ötən il ərzində görülən işlər məlum olub

Şuşa Modul Tipli Xəstəxanada ötən il görülən işlər məlum olub.

ARANTV.AZ  xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında öz əksini tapıb.

Qeyd edilib ki, 2021-ci ilin oktyabr ayından etibarən Şuşada ilk modul tipli xəstəxana fəaliyyətə başlayıb.

“Şuşa Modul tipli Xəstəxana 6 palatadan ibarətdir. Xəstəxanada təcili yardım, laboratoriya, reanimasiya və cərrahiyyə xidmətləri fəaliyyət göstərir.

2021-ci ilin oktyabr-dekabr ayları ərzində vətəndaşlara 1500-ə yaxın ilkin tibbi yardım göstərilib. Eyni zamanda 10-a yaxın kiçik cərrahi əməliyyatlar həyata keçirilib”, – hesabatda vurğulanıb.