Siyasət 

Ermənistanla dövlətlərarası münasibətlərin təsis edilməsi üçün təmaslar davam etdirilib – Hesabat

2021-ci il ərzində Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin təsis edilməsi üçün təmaslar intensiv şəkildə davam etdirilib.

ARANTV.AZ  xəbər verir ki, bu barədə hökumətin illik hesabatında bildirilib.

“2021-ci il ərzində Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi əsasında dövlətlərarası münasibətlərin təsis edilməsi, regional əməkdaşlıq, inkişaf və tərəqqi üçün regional və regiondankənar tərəfdaş dövlət və beynəlxalq təşkilatlar ilə təmaslar intensiv şəkildə davam etdirilib”, – hesabatda qeyd olunub.

Daha çox xəbərlər