İspaniya ilə məxfi məlumatın mübadiləsi barədə Saziş təsdiqləndi
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İspaniya Krallığı Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Qanunu imzalayıb.
ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, sənədə əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə İspaniya Krallığı Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında” 2021-ci il dekabrın 14-də Madrid şəhərində imzalanmış Saziş təsdiq edilib.

