Qubada bayram yarmarkası açılacaq
Qubada Novruz bayramı ərəfəsində ərzaq və kənd təsərrüfatı məhsulları satış yarmarkası açılacaq. Burada məhsullar sakinlərə bazardakı qiymətdən 20-30 faiz ucuz satılacaq.
ARANTV.AZ xəbər verir ki, martın 15-16-da Quba Meydanında təşkil olunan yarmarkada fermerlər və rayondakı istehsal müəssisələri tərəfindən alıcılara müxtəlif çeşiddə məhsullar təqdim ediləcək.
Yarmarkalar qeyd olunan tarixlərdə saat 09:00-dan başlayaraq gün ərzində fəaliyyət göstərəcək.
Quba Rayon İcra Hakimiyyətinin təşkil etdiyi bayram yarmarkasının məqsədi əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınmasıdır.

