Region Xəbərləri 

Ötən il Qəbələdə əhalinin sayı artıb

Ötən il Qəbələ rayonunun əhalisi 901 nəfər artaraq, 2022-ci il yanvarın 1-i vəziyyətinə 109 min 391 nəfərə çatıb. Onlardan 14 min 157 nəfəri şəhər, 22 min 792 nəfəri qəsəbə, 72 min 442 nəfəri isə kənd əhalisidir. Əhalinin 55 min 713 nəfərini kişilər, 53 min 678 nəfərini isə qadınlar təşkil edir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, ötən il Qəbələ rayonunda 1386 uşaq dünyaya gəlib. Yeni doğulanların 750 nəfərini oğlanlar, 636 nəfərini isə qızlar təşkil edir. Hesabat dövrü ərzində rayonda 675 ölüm halı qeydə alınıb.

2021-ci ildə rayon Qeydiyyat şöbəsi tərəfindən Qəbələdə 768 nikah və 117 boşanma halı rəsmiləşdirilib.

Daha çox xəbərlər