Mikayıl Cabbarov Qazaxıstan şirkətinin rəhbəri ilə görüşdü – FOTO
İqtisadiyyat naziri Mikayıl Cabbarov Qazaxıstanın “Samruk-Kazyna” SC-nin İdarə Heyətinin sədri Almasadam Satkaliyev və həmkarları ilə görüşüb.
Bu barədə nazir “Facebook” hesabında paylaşım edib.
“Görüşdə ikitərəfli əməkdaşlıq perspektivlərini və iqtisadi əlaqələrimizin genişləndirilməsini müzakirə etdik”, – deyə o qeyd edib.

