Azərbaycan və Pakistan azad edilmiş ərazilərdə birgə aqro müəssisələr yaradacaq
“Biz Pakistanın iri tikinti şirkətlərinə azad olunmuş ərazilərin bərpasında iştirakla bağlı sorğu göndərmişik”.
Bunu “İki sahil”ə Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) Prezidenti Xuram Xati deyib.
“Təbii ki, biz Qarabağda aparılan abadlıq işlərini dəstəkləyirik, lakin bundan əlavə, biz Pakistanın iri tikinti şirkətlərinin də prosesə qoşulmasını və Azərbaycan hökuməti ilə işləməyə başlaması üçün sorğu göndərmişik”, – o bildirib.
X. Xati qeyd edib ki, palata Qarabağda kənd təsərrüfatı sektorunda Pakistan və Azərbaycan şirkətlərinin iştirakı ilə birgə müəssisələr yaradılması istiqamətində işlər aparır. Nəticədə Qarabağda kənd təsərrüfatının inkişaf etdirilməsi üçün bu təşəbbüsə düyü, buğda və digər aqrar məhsulların istehsalı daxil olacaq.

