Azərbaycana gətirilən Pakistan düyüsü idxal rüsümundan azad oluna bilər
Azərbaycanla Pakistan arasında imtiyazlı ticarət haqqında saziş hazırlanır.
ARANTV.AZ xəbər verir ki, bunu Bakıda keçirilən Pakistan düyü dequstasiya festivalında çıxış edən Azpromo-nun İxracın təşviqi departamentinin direktoru Tural Hacılı deyib.
Onun sözlərinə görə, artıq hər iki tərəfin ilkin razılığı var ki, digər məhsullarla yanaşı bu saziş çərçivəsində Pakistan düyüsünün də idxalı rusumdan azad olunsun.

