Cəmiyyət 

Hökumət 27 saylı poliklinikanın fəaliyyətinin dayandırılmasına münasibət bildirib

Hökumət yanğın təhlükəsizliyi baxımından 6-cı mikrorayonda yerləşən və 26 mindən artıq sakinə xidmət göstərən 27 saylı şəhər poliklinikasının fəaliyyətinin dayandırılmasına münasibət bildirib.

ARANTV.AZ  xəbər verir ki,  bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında əksini tapıb.

Qeyd edilib ki, “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tatbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlar haqqında” Azarbaycan Respublikası Prezidentinin 20 dekabr 2018-ci il tarixli 418 nömrəli Fərmanına əsasən Sahiyyə Nazirliyinin strukturuna daxil olan bir çox tibb müəssisələri, o cümlədən adıçəkilən poliklinika İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verilib.

2018-ci il aprel ayından yanğın təhlükəsizliyi baxımından yararsızlıq səbəbi ilə Bakı Baş Səhiyyə İdarəsi tərəfindən fəaliyyəti dayandırılan 27 saylı şəhər poliklinikası işçi heyəti ilə birlikdə Binəqədi rayonu 9 saylı şəhər poliklinikasının binasına yerləşdirilib. Hazırda 27 saylı şəhər poliklinikası ərazi üzrə fəaliyyətini həmin ünvanda davam etdirir.

Daha çox xəbərlər