MSK-ya maliyyə hesabatını təqdim edən partiyaların sayı açıqlanıb
Azərbaycanda Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatını təqdim edən partiyaların sayı 14-ə çatıb.
ARANTV.AZ xəbər verir ki, Azərbaycanda qeydiyyatda olan 58 partiyadan 14-ü 2021-ci il üzrə maliyyə hesabatlarını MSK-ya təqdim edib.
Həmin partiyalar aşağıdakılardır:
-Vətəndaş Həmrəyliyi Partiyası
-Azərbaycan Naminə Alyans Partiyası (ANAP)
– Azərbaycan Liberal Partiyası
– Azərbaycan Respublikaçılar Partiyası
– Ədalət” Partiyası
– Demokratik İslahatlar Partiyası
– Azərbaycan Tərəqqi Partiyası
– Milli Dirçəliş Hərəkatı Partiyası
– Azərbaycan Demokratik Maarifçilik Partiyası
– Azərbaycan Xalq Partiyası
– Müasir Musavat Partiyası
– Böyük Quruluş Partiyası
– Vətəndaş və İnkişaf Partiyası
– Müstəqil Xalq Partiyası (MXP)
Qeyd edək ki, siyasi partiyaların MSK-ya 2021-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət aprelin 1-də başa çatır. MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

