Gündəm 

Mikayıl Cabbarov britaniyalı rəsmilərlə qarşılıqlı investisiyaların təşviqini müzakirə etdi – FOTO

İqtisadiyyat Nazirliyi ilə Böyük Britaniyanın Azərbaycanda Ticarət və Sənaye Palatası arasında işçi qrupunun ilk iclası keçirilib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” hesabında paylaşım edib.

“İqtisadi əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi, vergitutma və qarşlıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi apardıq”, – deyə nazir qeyd edib.

Daha çox xəbərlər