Cəmiyyət 

Sədaqət Qəhrəmanova: Qadın öz biznesini necə qurmalıdır? – VİDEO

“Cinsi bərabərlik və qadınların səlahiyyətlərinin artırılması, o cümlədən onların maliyyə cəhətdən müstəqilliyi və biznes imkanlarının artırılması bugun qarşıya qoyulan əsas prioritetlərdəndir.”

ARANTV.AZ xəbər verir ki, bunu  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova “İki sahil” TV-yə müsahibəsində deyib.

S.Qəhrəmanova bildirib ki, qadınlar cəmiyyətdə daha çox inteqrasiya olunmuş rol oynamağa çalışsa da, adətən onlar ev təsərrüfatından kənarda hər hansı bir iş tapmaq üçün mübarizə aparırlar: “Hər bir qadının daxilində bacarıq var, ona görə də qadınlardakı bacarığı görmək, tapmaq lazımdır. Bu gün Azərbaycanda qadınlarının öz bizneslərini başlaması üçün imkanlar var. Sadəcə qadınlara bu imkanları  göstərmək lazımdır. Qadınların hüquqlarının qorunması, azadlıqlarının təmin edilməsi üçün onların iqtisadi asılılıqdan azad olmaları mühüm şərtdir. Qadın sahibkarlığının inkişaf etdirilməsinin nəticəsidir ki, 2011-ci ildən bu yana yüzlərlə qadın sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin həyata keçirdiyi maraqlı layihələrdən biri də kənd qadınının təşviqi və fəallığı proqramının həyata keçirilməsi idi. Komitənin məqsədi boşanmış, tənha qalmış qadınları maarifləndirməklə, onları sahibkarlıq fəaliyyətinə cəlb etmək idi. Dövlətimiz tərəfindən qadınların müdafiəsi üçün müəyyən miqdarda vəsait ayrılır ki, onlar özünüməşğulluq fəaliyyəti ilə məşğul olsunlar. Bu da ailə biznesinin yaranması əsasında maddi vəziyyətin yaxşılaşmasına, firavan həyatın təmin olunmasına şərait yaradır.”

Daha çox xəbərlər