Dünya 

JTI Rusiyaya investisiyalarını dayandıracaq

Dünyanın ən böyük tütün məhsulları istehsalçılarından biri olan “Japan Tobacco International” (JTI) Rusiyada investisiya və marketinq fəaliyyətini dayandıracaq.

“JTI Rusiyada bütün yeni investisiya və marketinq fəaliyyətlərini dayandıracaq. Hazırda Rusiyada fəaliyyət göstərməklə bağlı problemlər görünməmişhəddə çatıb və bütün əsas beynəlxalq investorların üzləşdiyi vəziyyətin uzunmüddətli nəticələrini qiymətləndirmək üçün müəyyən vaxta ehtiyac var”, – deyə şirkət bildirib.

Qeyd olunub ki, Rusiyada şirkətin dörd fabriki var. Ümumilikdə şirkətin Rusiya bölməsində dörd minə yaxın işçi çalışır. Tütün şirkəti əlverişsiz geosiyasi vəziyyət fonunda Rusiya Federasiyasında istehsalın tamamilə bağlanacağını istisna etməyib.

Mənbə: “RİA Novosti”

Daha çox xəbərlər