Siyasət 

Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətləri müttəfiqlik əsasında daha da inkişaf edir

Azərbaycan və Türkiyə Prezidentlərinin görüşündə Şuşa Bəyannaməsinin hər iki ölkənin parlamentində təsdiqlənməsi vurğulanıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

ARANTV.AZ xəbər verir ki,  görüşdə Şuşa Bəyannaməsinin imzalanması və bu sənədin hər iki ölkənin parlamentində təsdiqlənməsi ilə Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişaf etdiyi vurğulanıb.

Postmünaqişə dövründə Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılmasının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Daha çox xəbərlər