Hadisə 

Bərdə şəhər sakinindən odlu silah və bıçaq aşkarlanaraq götürülüb

Bərdə şəhər sakini, əvvəllər məhkum olunmuş M.Məmmədov rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ARANTV.AZ -a bildirilib ki, ondan bir bıçaq aşkarlanıb. Həmin şəxsə məxsus “Niva” markalı avtomobilə baxış zamanı isə iki bıçaq və qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Daha çox xəbərlər