Dünya 

Türkiyədə avtobusu qəzası: Onlarla sərnişin xəsarət aldı

Türkiyənin İstanbul şəhərindən Diyarbəkirə doğru hərəkət edən sərnişin avtobusu qəzaya uğrayıb.

İnsident səhər saatlarında baş verib. Sürücünün idarəetməni itirməsi nəticəsində avtobus yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 34 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəstəxanaya çatdırılan sərnişinlərdən səkkizinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Mənbə: Anadolu

Daha çox xəbərlər