“Nə? Harada? Nə zaman?” oyunu üzrə I Vəkil Kuboku təşkil olunacaq
Vəkillər Kollegiyasının üzvləri arasında intellektual oyunların təşviq edilməsi və vəkillərin intellektual bacarıqlarının nümayiş etdirilməsinə şərait yaradılması məqsədilə Vəkillər Kollegiyası tərəfindən “Nə? Harada? Nə zaman?” oyunu üzrə I Vəkil Kuboku təşkil olunacaq.
ARANTV.AZ-ın məlumata görə, tədbirdə Kollegiyanın rəhbərliyinin, gənclər və idman nazirinin müavini və “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyevin, 100-dən çox vəkilin, o cümlədən “Yüksəliş” müsabiqəsinin qaliblərindən ibarət komandanın da iştirakı nəzərdə tutulub.
Turnir vəkillərin asudə vaxtının səmərəli təşkili və intellektual yaradıcılıq qabiliyyətlərinin reallaşdırılması üçün əlverişli şəraitin yaradılması, qoyulmuş problemlərin həllinə qeyri-standart yanaşmanın stimullaşdırılması, yaradıcı yanaşma vərdişlərinin stimullaşdırılmasına dəstək verilməsi, intellektual oyunlar hərəkatının kütləviləşməsi də daxil olmaqla bir sıra məqsədləri özündə ehtiva edir.
Qeyd edək ki, turnir martın 12-si saat 14:00-da “Badamdar estates” mehmanxanasında baş tutacaq.
Əlaqə nömrəsi: +994 50 977 95 84

