İsrail Azərbaycan xəstəxanalarına 1 tondan çox tibbi ləvazimat bağışlayıb – FOTO/VİDEO
İsrail Azərbaycan xəstəxanalarına 1 tondan çox tibbi ləvazimat bağışlayıb.
Bu barədə İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Dik özünün “Twitter” hesabından xəbər verib.
“Dünən biz Səhiyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın müxtəlif xəstəxanalarına 1 tondan çox tibbi ləvazimat bağışladıq”, – deyə diplomat bildirib.
Səfir İsrail və Azərbaycanın dost olduğunu, bir-birləri üçün ən yaxşısını istədiklərini vurğulayıb.
“Azərbaycan xalqı bizim üçün önəmlidir. Biz bir-birimizin qayğısına qalırıq”, – deyə Corc Dik əlavə edib.

