Cəmiyyət 

Ukraynadakı müharibə zamanı ölən azərbaycanlıların kimliyi AÇIQLANDI

Ukraynadakı müharibə zamanı ölən azərbaycanlıların kimliyi məlum olub.

ARANTV.AZ  adları açıqlanan şəxslərin siyahısını təqdim edir:

1. 1976-cı il təvəllüdlü İsmayılov Neymət;

2. 1966-cı il təvəllüdlü İsmayılov Rəhim;

3. 1995-ci il təvəllüdlü İsmayılov Qabil;

4. 1997-ci il təvəllüdlü Salmanov Camal.

Yuxarıda qeyd olunan şəxslər Odessa vilayətindən təxliyə olunan zaman Moldova sərhədinə yaxınlaşarkən maşınları atəşə tutulub.

5. 1987-ci il təvəllüdlü Məmmədov Qoşqar – Xarkovda küçəyə çıxan zaman öldürülüb.

6. 1978-ci il təvəllüdlü Əmrahov Elnur – Çerniqov vilayətində könüllü kimi məktəbdə xəsarət alanlara kömək edərkən partlayış nəticəsində vəfat edib.

7. 1984-cü il təvəllüdlü Süleymanov Arzu – Çerniqov şəhərində avtomobilin üzərinə raket düşüb.

Kimliyi dəqiq olmayanlar:

1. 1995-ci il təvəllüdlü Fərziyev Səbuhi – Vışqorod rayonu;

2. Nikolayev şəhərində raket atəşi nəticəsində avtomobildə bir azərbaycanlı ölüb;

3. Tahirov Samir.

Daha çox xəbərlər