Azərbaycanlı futbolçunun Qazaxıstanda debütünə hava mane oldu
Millimizin qapıçısı Emil Balayevin Qazaxıstanın “Turan” klubunda debütü əlverişsiz hava şəraiti ucbatından baş tutmayıb.
ARANTV.AZ xəbər verir ki, “Akjayık” – “Turan” matçının hakimlər briqadası Uralsk şəhərinin “Akjayık” stadionunun meydançasına baxış keçirib.
Qazonun üstünün buzla örtülməsi, aramsız yağan qarın meydançanın təmizlənməsinə və oyuna hazırlanmasına mane olduğunu nəzərə alaraq matçın başqa tarixə keçirilməsinə qərar verilib.
Qeyd edək ki, Qazaxıstan Premyer Liqasının II turunun matçı olan qarşılaşma bu gün keçirilməli idi.

