Dünya 

İbrahim Kalın: “Putin-Zelenski görüşü yaxın vaxtlarda ola bilər”

Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın dövlət başçısı Volodimir Zelenski ilə görüşü yaxın vaxtlarda mümkündür.

Bu barədə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın bəyan edib.

“Yaxın gələcəkdə görüş mümkündür. Bunun baş verəcəyini düşünmək üçün əsaslar var”, – deyə o bildirib.

Rusiya KİV-in yaydığı məlumata əsasən, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov da görüşün keçiriləcəyini istisna etməyib:

“Bəli, bu mümkündür. Lakin görüş nəticə üçün olmalıdır. Bundan ötrü isə həm nümayəndə heyətləri, həm də nazirlər öhdəliklərini yerinə yetirməlidirlər. Rusiyanın mövqeləri məlumdur.

Mənbə: A Haber

Daha çox xəbərlər