Region Xəbərləri 

Ağsuda yazlıq bitkilərin əkini davam edir

Ağsu rayonunda yazlıq bitkilərin əkini davam edir və artıq 355 hektar sahədə əkin aparılıb.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilib ki, ən çox ənənəvi təsərrüfat sahələrindən olan bostan bitkiləri əkilib. Bu sahə üzrə əkin hələlik 210 hektar təşkil edir. Rayonda torpaq mülkiyyətçilərinin getdikcə daha çox maraq göstərdikləri kartofçuluğa da diqqət artıb. İndiyədək 80 hektar sahədə kartof, habelə 65 hektar sahədə heyvandarlıq üçün zəruri olan təzə yonca əkilib.

Yazlıq bitkilərin əkini bütün ərazilərdə, xüsusilə Ərəbuşağı, Padar, Qaraqoyunlu və bir sıra digər ərazi icra nümayəndəliklərində daha mütəşəkkil davam etdirilir.

Daha çox xəbərlər